Qolf Strim

coğ. Gulf Stream [[t]gœlfstrim[/t]] m

qolazlamaq
qollamaq
OBASTAN VİKİ
Qolf
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir. Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib. Golf MiniGolf və ya Miniatür Golf Simulyator (qolf kompüter oyunlarında) PGA Tour (1968) ABŞ PGA European Tour Japan Golf Tour (1973) Asian Tour PGA Tour of Australasia (1973) Sunshine Tour (C. Afrika) Canadian Professional GT (1970) Tour de las Américas (L. Amerika) Nationwide Tour (1990) ABŞ Challenge Tour (Avropa) Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub.
1900 Yay Olimpiya Oyunlarında qolf
1900-cü il Yay Olimpiya oyunları Fransanın Paris şəhərində təşkil olunmuşdu və qolf Olimpiyadanın proqramına birinci dəfə daxil edilmişdi. ABŞ , Yunanıstan, Fransa və Böyük Britaniya daxil olmaqla qolf yarışlarında dörd ölkə iştirak edirdi. Qolf yarışları kişilərin və qadınların fərdi mübarizəsi şəklində təşkil olunmuşdu. Olimpiya oyunları pis təşkil olunduğundan, iştirakçıların çoxunun Olimpiyada da iştirak etdikləri barədə anlayışları belə olmamışdı. == Yer == Kişi və qadınların qol yarışları Fransanın 30 mil şimalında yerləşən Kompen Klubda təşkil olunmuşdu. Bu qolf meydançası 1896-cı ildə yaradılmışdı və XIX əsrdə yaradılan bir neçə qolf meydançasından biri idi. Qolf meydançası M.W. Freemantle tərəfindən layihələndirilmişdi və Kompen cıdır yarışlarının meydançasının tərkibində yaradılmışdı. == Turnir == Kişilərin turniri 2 oktyabr 1900-cü ildə başladı və onlar ard-arda iki 18 dəlikli mərhələdə mübarizə apardılar. Növbəti gün qadınların turniri başaladı və onlar yalnız bir 9 dəlikli mərhələdə mübarizə apardılar. == Kişilərin turniri == Kişilərin turnirində Andrews Qolf Klubunun üzvü Çarlz Sands qalib gəlmişdi.
Qubada Azərbaycan Milli Qolf Klubu
Qubada Azərbaycan Milli Qolf Klubu — Azərbaycan Respublikasının Quba rayonunda qolf ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Qolf Federasiyasının balansındadır. İnşasına 2012-ci ildə başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı vardır. Bu qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe vardır. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir.